Dünya
Yük maşını avtobusla toqquşdu: Ölənlər var
Hindistanın cənub-qərbindəki Karnataka ştatında avtobusla yük maşınının toqquşması nəticəsində ən azı doqquz nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə "Yerli News 18" televiziya kanalı məlumat yayıb.
Məlumata görə, avtobusda 32 nəfər olub. Faciə milli magistral yolda baş verib. Qəza, əks istiqamətdə hərəkət edən yük maşınının idarəetməni itirməsi, qarşıdakı zolağa çıxması və avtobusa çırpılması nəticəsində baş verib.
Şahidlərin sözlərinə görə, zərbə avtobusun yanacaq çəninə dəyib, nəticədə yanacaq dağılıb və dərhal yanğın baş verib.
Hindistanın Baş naziri Narendra Modi insan itkisi ilə bağlı başsağlığı verib. O, həmçinin ölənlərin hər birinin ailəsinə 200.000 rupi (3740 manat), yaralılara isə 50.000 rupi (945 manat) təzminat ödəniləcəyini açıqlayıb.
Adəm
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)




















