Region
Ukrayna Azərbaycanla sərhədə hücum etdi: Ölənlər var
Ukrayna dronları Azərbaycanla sərhəd olan Dağıstanda humanitar karvana hücum edib.
Publika.az xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Melikov məlumat verib. Onun sözlərinə görə, ölənlər var və bir nəfər yaralanıb.
"Sərhəd bölgələrindən ağır xəbər aldım: Dağıstanda humanitar karvan hücuma məruz qalıb. Təəssüf ki, itkilər var. Yükün getdiyi Şamil rayonunun sədr müavini Maqomednabi Hacıyev və "Özünümüdafiə" ictimai təşkilatının iki nümayəndəsi Əli və Murad həlak olublar.
Karvanın digər üzvü, Şamil xəsarətlərlə tibb müəssisəsinə aparılıb. Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar", - deyə Melikov “Teleqram”da yazıb.
Onun sözlərinə görə, iki yük maşını humanitar yardım daşıyırmış. Onlardan biri yolda təmir üçün dayanmaq məcburiyyətində qalıb və bu, bəzi insanları faciədən xilas edib. Digər bir "Qazel" və bir minik avtomobili isə dronların hücumuna məruz qalıb.
Tural
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.webp)

.jpg)






















