Dünya
SDQ-dən ayrılıb, Dəməşqə sədaqət andı içdilər
2015-ci ildən bəri PKK-SDQ terror təşkilatı ilə birlikdə fəaliyyət göstərən Rəqqa İnqilabçıları Qrupu təşkilatdan ayrıldığını elan edib.
Publika.az xəbər verir ki, təxminən 4500 döyüşçüsü olan qrupun komandiri Əhməd Alouş Dəməşq hökumətinə sədaqətini bəyan edib.
O, Rəqqa ilə bağlı bütün danışıqların SDQ əvəzinə yerli elementlərdən ibarət olan Rəqqa Vilayət Siyasi Şurası tərəfindən aparılacağını bildirib:
"Qrupun rəhbərliyi olaraq, Rəqqa Vilayət Siyasi Şurasına bizim adımızdan Dəməşq hökuməti ilə danışıqlar aparmaq səlahiyyəti veririk. Qrupu təmsil edən başqa heç bir nümayəndə heyətini, xüsusən də illərdir SDQ ilə əməkdaşlıq edənləri, qəbilə liderlərini və oxşar strukturları qəbul etməyəcəyik. SDQ və paralel strukturlar qanunsuzdur. İndi Rəqqa və Haseke əyalətləri artıq azad Suriyanın sərhədlərindən kənarda qala bilməzlər. Dəməşq hökumətinə sədaqətimizə and içirik".
Roza
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)




















