Dünya
Türkiyə Rusiya neftinə görə milyardlarla dollar gəlir əldə edib

Türkiyə və türk şirkətləri 2023-cü ildə Rusiya neftinin və neft məhsullarının daha ucuz idxalını artıraraq təxminən 2 milyard dollar qənaət edə bilib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik özü LSEG məlumatlarının təhlilinə və treyderlərin qiymətləndirmələrinə istinad edir.
“Bu il Türkiyə Aralıq dənizindəki analoji sortların qiymətləri ilə müqayisədə dizel üçün bir tona görə 25-150 dollar ucuz (yaxud barrel üçün 3,3-20 dollar) ödəyib. Neftin bir barreli 5-20 dollar ucuzlaşıb”, - yazan agentlik ölkənin bu yolla 2 milyard dollara yaxın qənaət edə bildiyinə diqqət çəkib.
Müəlliflər qeyd edirlər ki, Çin və Hindistan Rusiyadan Türkiyədən daha çox neft idxal edir, lakin Ankaranın Rusiya limanlarına yaxınlığı o deməkdir ki, ucuz daşınma sayəsində digər alıcılardan daha çox qənaət edir.
Həmçinin bildirilir ki, ucuz enerji idxalı Ankaraya ticarət kəsirini azaltmağa və milli valyutaya təzyiqi azaltmağa kömək edib.
Rusiyanın “Urals” neftinin Türkiyəyə idxalı noyabrda rekord səviyyəyə yüksələrək gündəlik 400 min barrelə çatıb ki, bu da Rusiya neftinin dəniz yolu ilə ixracının ümumi həcminin 14%-ni təşkil edib. Yanvar-noyabr aylarında Rusiyadan neft və neft məhsullarının idxalı 200% artıb.
“Reuters” agentliyinin ticarət dairələrindən olan mənbəsinə görə, “Lukoil” fəaliyyətini bərpa etdikdən sonra Rusiyadan Türkiyəyə tədarük yaxın aylarda artacaq.
-
ABŞ19:50
Məşhur bloger BANK AÇIR
-
Sosial19:20
Mayor İlham Haqverdiyev HƏBS EDİLDİ - YENİLƏNDİ
-
Kriminal19:12
Mətanətin ATASI DANIŞDI: "Qızıma deyirdi ki..."
-
Nida Xəbər 18:53
Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başladı
-
Region16:47
Ermənistanda rusları güllələdilər
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək