Dünya
Şahbaz Şərif Əfqanistana ŞƏRT QOYDU: "İndi top onların meydanındadır"
"Əfqanıstanla sərhəddə müvəqqəti atəşkəs rejiminə riayət olunması Kabildən asılı olacaq".
Publika.az "Dawn" qəzetinə istinadla xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
“Dünən biz 48 saatlıq müvəqqəti atəşkəs elan etməyə qərar verdik. Mesaj göndərildi ki, əgər onlar (yəni Əfqanıstan) bizim əsaslı şərtlərimizi danışıqlar yolu ilə yerinə yetirmək istəyirlərsə, biz hazırıq. İndi top onların meydanındadır”, - Baş nazir deyib.
Oktyabrın 15-də Pakistanın Xarici İşlər Nazirliyi Əfqanıstanla növbəti 48 saat ərzində müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs rejimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16:00) qüvvəyə minib. Bildirilir ki, bu müddət ərzində hər iki tərəf münaqişənin həlli üçün səylər göstərəcək.
Həmin gün Pakistan ordusu Əfqanıstan ərazisindəki silahlı qruplaşmaların mövqelərinə hücum edib. Bu, Kurram dairəsindəki Pakistan blokpostlarına edilən hücuma cavab olaraq həyata keçirilib. Münaqişə Əfqanıstan hakimiyyətinin Pakistana hava məkanına dəfələrlə müdaxilə və hava zərbələri endirməkdə ittiham etməsindən sonra alovlanıb.
Hüseyn İbadlı
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
MDB14:31Polisi dişlədi, 2 ilə yaxın həbs cəzası aldı
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
































.jpg)



