Dünya
Rəsmi Bakı Qəzzada atəşkəsə ÇAĞIRIR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib.
Görüş Azərbaycan nazirinin Uqandaya işgüzar səfəri çərçivəsində baş tutub.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələri, Azərbaycan və Fələstin arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, Əl-Maliki ilə görüşündə Qəzzada atəşkəsin vacibliyini və Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun ədalətli həllinə dəstəyini təsdiqləyib.
-
Dünya11:52Lukaşenkodan qorxunc proqnoz: Qarşısını almasaq...
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz













.jpg)



.jpg)


















