Dünya
Cənubi Kiprdə gizli görüş - Türkiyə ilə müharibəyə hazırlıq görülür?
İsrail Hərbi Hava Qüvvələri komandanı general-mayor Tomer Bar dünən Yunanıstan və Kipr Rum hava qüvvələrinin yüksək vəzifəli rəsmiləri ilə təcili görüş keçirib. Görüş zamanı Türkiyə ön plana çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "HM News" nəşri məlumat yayıb.
"Türkiyə ilə müharibəyə hazırlaşırıq?" başlıqlı xəbərdə bu görüşün adi hərbi təmaslardan açıq şəkildə fərqləndiyi vurğulanıb.
Bildirilib ki, Türkiyənin regional hərbi potensialı sürətlə artır və Şərqi Aralıq dənizində əsas aktora çevrilir: "İsrail və Türkiyə arasındakı gərginliyin xaricində, Ankaranın bölgədəki de-fakto gücü Təl-Əvivdə ciddi təhlükəsizlik problemi yaradır".
Görüşün Cənubi Kiprdə keçirilməsi İsrail mediasında “Ankaranın təsir dairəsinə ən yaxın nöqtələrdən birindən çatdırılan strateji mesaj” kimi şərh edilib.

Məlumata görə, görüşdə hava məkanına nəzarət, birgə əməliyyat ssenariləri və yüksək intensivlikli münaqişə ehtimallarına hazırlıq məsələləri müzakirə olunub. İsrail təhlükəsizlik mənbələri bu əlaqələri “profilaktik əməkdaşlıq” adlandırsalar da, Tel-Əviv mətbuatı bu addımları Türkiyənin çəkindirici gücünə qarşı tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirib:
“Belə bir görüş yalnız regional güc balanslarında əhəmiyyətli dəyişiklik olduqda baş verə bilər. Türkiyənin hərbi gücü sadəcə bir ssenari deyil, planlaşdırma məsələsinə çevrilib”.
Ankaranın yüksəlişinin bölgədəki aktorları fövqəladə görüşlər keçirməyə, təcili ittifaq addımları atmağa və yüksək büdcəli müdafiə layihələrini həyata keçirməyə məcbur etdiyi vurğulanıb.
Qeyd edək ki, bu hadisələrin fonunda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və İsrailin baş naziri Benyamin Netanyahu arasında dekabrın 22-də görüş baş tutacaq. Bundan əlavə, iki baş nazir Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulides ilə də "Üçtərəfli Zirvə Görüşü" keçirəcəklər.
Roza
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Magazin212:07Keçmiş "VİA Qra"çı elə açıq-saçıq foto paylaşdı ki... - FOTO
-
Sosial10:55Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
-
MDB10:44Riskə gedərək körpəni batan maşından belə çıxardılar - VİDEO
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?
-
Region08:48Türkiyədə nişan mərasimində 113 nəfər ZƏHƏRLƏNDİ



































