Dünya
Havanın təmizlənməsi üçün süni yağış yağdırıldı
Pakistanın Lahor şəhərində havanın çirklənməsi kritik səviyyəyə çatıb. Fövqəladə ekoloji vəziyyət səbəbindən hakimiyyət orqanları məktəbləri, parkları və bazarları bağlamalı olub.
Publika.az xəbər verir ki, problemin həllindən ötrü süni yağış əmələ gətirmək qərarı verilib. Bunun üçün şəhərin 10 rayonu üzərinə gümüş yodid səpilib və bu, rütubətin kondensasiyası prosesini sürətləndirərək yağıntılara səbəb olub.
“The Guardian” yazır ki, bu, havanın çirklənmə səviyyəsinin 300 mkq/kubmetrdən 189 mkq/kubmetrədək azalmasına kömək edib. Hakimiyyət orqanları bu üsulu uğurlu adlandırıblar, lakin yağıntının həcmi onları qane etməyib. Bundan başqa, çirklənmənin əvvəlki göstəriciləri artıq iki gün sonra geri qayıdıb. Beynəlxalq Təbiəti Mühafizə İttifaqında hesab edirlər ki, iqlimə buna bənzər müdaxilələr vəziyyəti yalnız pisləşdirə, temperatur daha isti, hava isə daha çirkli ola bilər.
Lahor son 10 ildə yaşıl örtüyünü 75 faiz itirib. Hazırda Lahorun əhalisi 13 milyon nəfərdən çoxdur, şəhər özü isə dünyanın ən çirkli şəhərləri sırasındadır. Alimlər tezliklə şəhərin həyat üçün yararsız olacağını vurğulayırlar.
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın kiçik oğlu bu modellə nişanlandı - FOTO
-
Sosial09:33Abbas Abbasov axtarışa verildi
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO
-
Magazin206:46Burakın alacağı qonorar heyrətləndirdi
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
























.webp)









