İdman
Messinin sol ayağı, Bekhemin bədəni, Ronaldonun isə... - FANTASTİK SIĞORTA MÜQAVİLƏLƏRİ
"The Index Insider" nəşri idmançılar arasında ən bahalı sığorta müqavilələrinin reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, siyahıda açıq fərqlə birinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb.
Məlumdur ki, argentinalı futbolçunun sol ayağı 900 milyon dollara sığortalanıb. Lakin məbləğin məhz bu qədər olduğu heç vaxt rəsmi şəkildə təsdiqlənməyib.
Əfsanəvi futbolçu Devid Bekhem 195 milyon dollara bədənini tam şəkildə sığortalayıb. "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo isə atletikanın əfsanəsi Useyn Bolt kimi hər iki ayağını sığortalayıb.
NBA "kral"ı Lebron Ceymsə hansısa formada fiziki formasını sığortalamağa icazə verilib. Amerikalı futbolçu (NFL) Tom Bredinin əli, qolfçu Tayqer Vudsun zərbə texnikası (svinqi), məşhur Formula 1 pilotu Fernando Alonsonun isə baş barmaqları sığortalanıb.
Qeyd olunur ki, bu rəqəmlərin heç biri rəsmi şəkildə təsdiqlənməyib, buna görə də onları şayiə kimi qəbul etmək olar.
1. Lionel Messi – 900 milyon dollar;
2. Devid Bekhem – 195 milyon dollar;
3. Kriştiano Ronaldo – 144 milyon dollar;
4. Lebron Ceyms – 100 milyon dollar;
5. Tom Bredi – 100 milyon dollar;
6. Mariya Şarapova – 70 milyon dollar;
7. Tayger Vuds – 50 milyon dollar;
8. Fernando Alonso – 50 milyon dollar;
9. Useyn Bolt – 10 milyon dollar.
Heybət
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var







.jpg)































