Dünya
Qayınana toyda elə hərəkət etdi ki, gəlin birbaşa ata evinə qayıtdı - VİDEO
Özbəkistanda keçirilmiş toy mərasimində gəlinin təzəbəyin anasına baş əyməsini əks etdirən video yayılıb.
Publika.az musavat.com-a istinadla xəbər verir ki, videoda qayınananın bu arxaik adətin şitini-şorunu çıxardığı görünür. O, gəlinini təzimetmə prosedurunu bir neçə dəfə təkrar etməyə, hər dəfə daha aşağı əyilməyə vadar edir. Daha sonra isə hökmlü qayınana narazı sifətlə, adi təbəssüm etmədən gəlininin duvağını qaldırır. Sonrakı epizodlarda artıq duvaqsız gəlinin yenidən təzimetmə proseduruna cəlb edildiyi görünür..
Xəbər verilir ki, bu ayinin adı "Gəlin salamı"dır. Ancaq videodan görünür ki, burada salamdan əsər-əlamət yoxdur, bu hərəkət orta əsrlərdə saray əyanlarının imperatriçanın qarşısında təzim etməsinə oxşayır.
Videonu yayanlar qeyd edirlər ki, bu hadisədən sonra gəlinin valideynləri onu öz evlərinə aparıblar.
Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, əgər gəlin valideynləri həqiqətən elə ediblərsə, çox düzgün iş görüblər. Çünki hələ ilk gündən öz gəlini ilə, oğlunun sevib-seçdiyi xanımla bu cür davranan qayınananın yanında onu ailə səadəti gözləmir.
-
Rəsmi xronika16:13İlham Əliyev iki fərman imzaladı
-
Magazin215:48Kardaşyan bu brend üçün soyundu - FOTO/VİDEO
-
Rəsmi xronika15:10İlham Əliyev Bruney Sultanını təbrik etdi
-
İdman14:07Ronaldo ilə Corcinanın toyunun vaxtı və yeri bəlli oldu
-
İdman13:55“Neftçi”də yoxlama aparıldı: Böyük yeyinti üzə çıxdı - Görün vəsait necə “yuyulub”
-
Sosial13:00Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılacaq
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest... - VİDEO

























.jpg)




_(3).jpg)




