Dünya
Türkiyənin ilk kosmonavtı Beynəlxalq Kosmik Stansiyaya çatdı - VİDEO
Türkiyənin ilk astronavtı Alper Gezeravcını və üç komanda yoldaşını Beynəlxalq Kosmik Stansiyaya aparan AX-3 Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb.
Publika.az xəbər verir ki, bu barədə Axiom Space məlumat yayıb.
Məlumata əsasən, BKS-ə gələn Ax-3 komandası 27 sentyabr 2023-cü ildə missiyasına başlayan 70 saylı Ekspedisiya astronavtı və kosmonavtları tərəfindən qarşılanacaq.
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı BKS-də ilk mürciətində bu sözləri deyib:
"Türkiyə olaraq tariximizdə ilk dəfə kosmosa çıxdıq. Elmə və tədqiqat səylərinə töhfə verməyi səbirsizliklə gözləyirik.
Mən Qazi Mustafa Kamal Atatürkə və silahdaşlarına, bu vətən uğrunda canından keçən bütün şəhidlərimizə, bura addım atmağımızı təmin edən güclü iradəsi ilə dövlətimizə, bizə bu imkanları yaratdığına görə millətimizə minnətdarlığımı bildirmək istəyirəm.
Gələcək göylərdədir!"
Qeyd edək ki, 19 yanvar tarixində Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:13İlham Əliyev iki fərman imzaladı
-
Magazin215:48Kardaşyan bu brend üçün soyundu - FOTO/VİDEO
-
Rəsmi xronika15:10İlham Əliyev Bruney Sultanını təbrik etdi
-
İdman14:07Ronaldo ilə Corcinanın toyunun vaxtı və yeri bəlli oldu
-
İdman13:55“Neftçi”də yoxlama aparıldı: Böyük yeyinti üzə çıxdı - Görün vəsait necə “yuyulub”
-
Sosial13:00Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılacaq
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest... - VİDEO

























.jpg)




_(3).jpg)




