Dünya
Vatikanda qalmaqal, keşişə hökm oxundu - uşağa qarşı...
Vatikanın apellyasiya məhkəməsi cinsi zorakılıqda ittiham olunan keşiş Qabriele Martinellini 2,5 il müddətinə azadlıqdan məhrum edib.
Publika.az xəbər verir ki, o, 2008-2009-cu illərdə Katolik Kilsəsinə bağlı bir məktəbdə uşağa cinsi təcavüz etməkdə günahlandırılıb. Lakin dəlil çatışmazlığı səbəbiylə 2021-ci ildə sərbəst buraxılıb.
Apellyasiya məhkəməsi Martinelli haqqında bəraət hökmünü ləğv edib və 31 yaşlı keşişin günahkar olduğuna qərar verib.
Martinelli 2 il 6 ay həbs və 1000 avro pul cəzasına məhkum edilib. Apellyasiya məhkəməsi zorakılıq qurbanının təzminat tələbini qəbul etməyib.
Birinci instansiya məhkəməsində Martinelliyə kömək etməkdə ittiham olunan və bəraət qazanan digər keşiş Enriko Radisin işinə də baxıldığı bildirilib.
Digər tərəfdən, İtaliya mətbuatı Roma Baş Prokurorluğunun sözügedən iki keşişə qarşı oxşar ittihamlar irəli sürdüyünü yazıb.
Roza Şəfiyeva
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
















.jpg)


















