Dünya
Ukraynanı neçə milyon insan tərk edib? - BMT açıqladı
On milyona yaxın ukraynalı döyüşlər səbəbindən evlərini tərk edib. Onlardan 6,3 milyona yaxını xaricə gedib, daha 3,7 milyonu isə ölkənin digər regionlarına köçüb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.
O qeyd edib ki, onların adi yaşayış yerlərinə qayıtmaq üçün heç bir kütləvi hərəkət yoxdur.
"Biz çətin müharibə vəziyyətinin ortasına qayıtmağın asan olmayacağından narahatıq".
Qrandi qaçqınları “həyatlarını bərpa etmək”, iş tapmaq və evlərini təmir etmək üçün yardıma çağırıb. Beynəlxalq təşkilatın nümayəndəsinin sözlərinə görə, qaçqınlar agentliyi 27,5 mindən çox evin bərpasına kömək edib.
BMT-nin məlumatına görə, ukraynalı qaçqınların 47 faizi qadınlar, 33 faizi isə uşaqlardır.
Cəmilə
-
Sosial14:50Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
-
Sosial13:31Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
-
İdman13:08Azərbaycanlı müğənni Avropa çempionu oldu
-
Sosial12:516 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq
-
MDB12:06Rusiyada məktəbə hücum: 10 yaşlı şagirdi öldürüb selfi çəkdi - VİDEO
-
Maraq dünyası11:38Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın oğlu bu modellə nişanlandı - FOTO





































