Dünya
"İsrailin İranın maraqlarına qarşı təhdidləri cavabsız qalmayacaq"
Dünyanın istənilən yerində İsrailin İranın maraqlarına qarşı təhdidləri cavabsız qalmayacaq.
Publika.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, general Abbas Nilforuşan deyib.
“İsrail rejiminin dünyanın istənilən yerində maraqlarımıza zidd həyata keçirməyə cəsarət edəcəyi hərəkətləri cavabsız qoymayacağıq”, - general bildirib.
Nilforuşanın sözlərinə görə, İsrail İrana qarşı “boz zona müharibəsi strategiyası”ndan istifadə edir və bunun ən mühüm məqsədi İranın regiona təsirini zəiflətməyə çalışmaqdır.
Onun fikrincə, bu strategiyanın əsas prinsipləri kəşfiyyat müharibəsi aparmaq və İranla münaqişədə gərginliyi Tehranın “qırmızı xətlər”ini keçməyi nəzərdə tutmayan səviyyədə saxlamaqdır. General qeyd edib ki, Tehran bu strategiyaya qarşı çıxmaq üçün kəşfiyyatın qorunmasına xüsusi önəm verir.(Teleqraf.com)
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?












.jpg)




















