Avropadan şok etiraf gəldi: SEPAH-ı terror təşkilatı kimi tanıya bilmərik
Bizi izləyin

Dünya

Avropadan şok etiraf gəldi: SEPAH-ı terror təşkilatı kimi tanıya bilmərik

Avropa İttifaqının hələ ki, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə etmək imkanı yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Fransanın “Monde” qəzetinə müsahibəsində bildirib.

“Biz dəfələrlə “İnqilabın keşikçiləri”nin terror təşkilatları siyahısına daxil edilməsini müzakirə etmişik, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp da edib, lakin bu, Aİ üzvü olan dövlətin məhkəmə orqanının bu təşkilatın terror aktı törətdiyini sübut etməsini tələb edir. Hazırda bu, belə deyil”, - Borrell deyib.

Tehrana qarşı yeni sanksiyalardan danışan Aİ diplomatiyasının rəhbəri bildirib ki, bunun üçün ilk növbədə “sanksiya edilə bilən məhsullar” lazımdır.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ son hadisələrlə əlaqədar İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdən keçirəcək, xüsusən də Tehranın pilotsuz təyyarələr və raketlər istehsalına qarşı.

İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrail təyyarələri tərəfindən İranın Suriyadakı konsulluğunun məhv edilməsinə cavab olaraq İsrailə zərbələr endirib. Müxtəlif mənbələrə görə hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən “Şahed” kamikadze pilotsuz uçan aparatlar, “Fəttah” və “Fəttah-2” hipersəs raketləri iştirak edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm