Dünya
Yeni qanun: Bu şəxslərə siqaret satışı ömürlük qadağan edildi
İngiltərədə yeni nəslin siqaretə əlçatanlığını ömürlük qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.
Publika.az xəbər verir ki, “siqaretdən azad nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömür boyu siqaret ala bilməyəcəklər.
Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb. Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.
BBC-yə danışan bəzi deputatlar qanunu dəstəkləməyəcəklərini bildiriblər.
Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri kimi səs verməkdə azad olacaqlar. Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir. Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.
Qanunun işləməsi üçün yoxlamalar həyata keçiriləcək. Uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlarda dərhal cərimə tətbiq olunacaq. Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf ediləcək.
Aysel Şahmar
-
Sosial14:50Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
-
Sosial13:31Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
-
İdman13:08Azərbaycanlı müğənni Avropa çempionu oldu
-
Sosial12:516 ay çalışan işçiyə məzuniyyət verilməsi məcburi olacaq
-
MDB12:06Rusiyada məktəbə hücum: 10 yaşlı şagirdi öldürüb selfi çəkdi - VİDEO
-
Maraq dünyası11:38Bermud adalarında müəmmalı struktur tapıldı: Sirr açılır?
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın oğlu bu modellə nişanlandı - FOTO





































