Danimarka bu ölkənin səfirliyini bağlayır
Bizi izləyin

Dünya

Danimarka bu ölkənin səfirliyini bağlayır

Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəldiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Danimarka Xarici İşlər Nazirliyi öz saytında Bağdad səfirliyinin vəziyyəti ilə bağlı açıqlama yayıb.

Açıqlamada Danimarka 2020-ci ildə NATO-nun Bağdadda töhfə vermək üçün açılan səfirliyin mandatının sona çatdığı bildirilib.

Həmçinin Bağdad səfirliyinin əksər işçilərinin İraqdan çıxarılması ilə səlahiyyətlərinin azaldığı da qeyd edilib: “Bu səbəbdən Danimarka hökuməti səfirliyi 31 may 2024-cü il tarixindən etibarən bağlamağa qərar verib”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm