Dünya
Peyk görüntüləri hər şeyi aşkar etdi: İsrail İranın S300 sistemlərini məhv edib - FOTO
İsrailin İranın İsfahan şəhərinə hücumunun peyk görüntüləri Tehranın S300 hava hücumundan müdafiə sistemlərinin ciddi zədələndiyini üzə çıxarıb.
Publika.az xəbər verir ki, İsrailin İranın nüvə proqramının beşiyi olan İsfahana hücum etməsi xəbərindən sonra dəymiş ziyanın hədəfi və ölçüsü ilə bağlı fərziyyələr səslənir. Tehran isə hücumun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini iddia edir.
Ölkənin müxalif media qurumlarından biri olan “İran İnternational” və Britaniyanın BBC telekanalı tərəfindən təhlil edilən peyk məlumatlarına əsasən, hava bazasına dəyən ziyan aşkar edilib.
Aprelin 15-də “Umbra Space” peyk təsviri şirkəti tərəfindən çəkilmiş görüntüdə Rusiya istehsalı olan dörd S-300 zenit-raket kompleksi və Şikari aviabazasının şimal-qərb küncündə yerləşən hava hücumundan müdafiə sisteminə aid digər maşınlar əks olunub. Cümə günü hücumdan sonrakı fotolarda mobil radar stansiyasının zədələndiyi görünür.

Aysel Şahmar
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək






















.jpg)














