Rusiya “sülh sammiti”nə niyə dəvət olunmayıb? - Zelenski səbəbləri açıqladı
Bizi izləyin

MDB

Rusiya “sülh sammiti”nə niyə dəvət olunmayıb? - Zelenski səbəbləri açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı İsveçrədə keçiriləcək “sülh sammitinə” dəvət etməməyin səbəblərindən danışıb.

Publika.az xəbər verir ki, Zelenski bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.

“Onlar (Rusiya tərəfi) hər şeyin qarşısını alacaq, hər şeyi pozacaq və müharibəni bitirmək üçün bu və ya digər plan göstərməyincə sakitləşməyəcək, bu, ultimatum olacaq - bunu biz dəfələrlə görmüşük”, - deyə Zelenski bildirib.

Bundan əlavə, o, ümid etdiyini bildirib ki, “sülh sammiti”ndə Çin prezidenti Si Cinpin də iştirak edəcək.

“Çünki görüşdən sonra kimin müharibənin bitməsini, kimin Rusiya ilə əvvəlki əlaqələri davam etdirmək istədiyi bəlli olacaq”, - Zelenski vurğulayıb.

Bundan əvvəl Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Ukrayna üzrə İsveçrədə keçiriləcək sammitə getməkdən imtina etmişdi. Bu qərarın səbəbi göstərilmir. Eyni zamanda administrasiya əlavə edib ki, Braziliya lideri iyunda keçiriləcək Yeddilik Qrupunun (G7) sammitinə gələ bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm