Dünyada bir ilk: Fermerlər üçün karbon vergisi…
Bizi izləyin

Dünya

Dünyada bir ilk: Fermerlər üçün karbon vergisi…

Dünyada karbon emissiyalarının azaldılması səyləri davam edərkən, Danimarka kənd təsərrüfatı üçün dünyada ilk karbon vergisini elan edib.

Publika.az xəbər verir ki, hökumətin yeni təklifinə görə, heyvandarlıqla məşğul olan fermerlərdən inək, qoyun və donuzların atmosferə buraxdığı istixana qazları üçün vergi alınacaq. Qayda 2030-cu ildən etibarən tətbiq olunacaq.

Danimarka Statistikasının son məlumatlarına görə, ölkədə 1,4 milyon inək var. Normal Danimarka inəyi ildə təxminən 6 metrik ton CO2 ekvivalenti istehsal edir.

Qeyd edək ki, Yeni Zelandiya da 2022-ci ildə buna bənzər qanun qəbul edib. Lakin keçən il yerli fermerlərin etirazlarından sonra həmin sənədin hüquqi qüvvəsi dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm