Çin heç vaxt bu yolu tutmayacaq - Sədr danışdı
Bizi izləyin

Dünya

Çin heç vaxt bu yolu tutmayacaq - Sədr danışdı

Pekin heç vaxt müstəmləkəçi talan yolu tutmayacaq və dinc inkişafa can atmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bunu Çin sədri Si Cinpin bildirib.

"Çinin dinc inkişaf yolu ilə getmək əzmi heç vaxt dəyişməyəcək. Biz heç vaxt müstəmləkə talanının və hökmranlıq etmək istəyən güclü dövlətin yanlış yolu ilə getməyəcəyik", - o deyib.

Si Cinpinin sözlərinə görə, Pekin həssas məsələlərə Çin xüsusiyyətləri ilə yanaşır, Ukrayna, Koreya yarımadası və Yaxın Şərq də daxil olmaqla, onların həlli üçün səy göstərir.

Xatırladaq ki, 1954-cü ildə Çin, Hindistan və Tibet müqavilə imzalayıb. Sənəddə Hindistan Tibeti Çinin bir hissəsi kimi tanıyıb.

Bundan əlavə, müqavilədə “pança şila”, yəni dinc yanaşı yaşamaq prinsipləri var idi. Ümumilikdə sənəddə beş prinsip öz əksini tapıb - ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüz etməmək, daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, həmçinin dinc yanaşı yaşamaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm