ABŞ-Rusiya münasibətləri kəskinləşir: Ölümcül toqquşma gözlənilir
Bizi izləyin

Dünya

ABŞ-Rusiya münasibətləri kəskinləşir: Ölümcül toqquşma gözlənilir

Ukraynanın NATO-ya daxil olması ABŞ və Rusiya arasında ölümcül toqquşmaya səbəb olacaq ki, bu da ən böyük səhvə çevrilə bilər.

Publika.az xəbər verir ki, bu haqda Livanın "An Nahar" nəşri yazıb.

"Ukraynada baş verən proseslər ABŞ və Rusiya arasında münasibətlərin pisləşdiyini göstərir. Artıq bircə səhv hesablamanın dünyanın ən güclü iki nüvə dövləti arasında birbaşa qarşıdurmaya səbəb ola biləcəyinə dair işarələr var", - məqalədə deyilir.

Nəşr yazır ki, Kiyevin ilhaqı ölkə ərazisində hərbi bazalarının yerləşdirilməsi deməkdir. Bu isə güc balansının pozulmasına və Rusiyanın cavab verməsi zərurətinə səbəb olacaq.

Yazıda belə bir sual da qoyulub: "Bayden bütün bu nəticələr haqqında düşünürmü?"

Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulda Vaşinqtonda keçiriləcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm