İlon Mask ABŞ mediası və Baydeni tənqid etdi
Bizi izləyin

Dünya

İlon Mask ABŞ mediası və Baydeni tənqid etdi

ABŞ prezidenti Co Bayden rəqibi Donald Trampla canlı yayımda debatdan sonra yaşı ilə bağlı kəskin tənqidlərə məruz qalıb.

Publika.az xəbər verir ki, “Tesla”, “SpaceX” kimi şirkətlərin sahibi İlon Mask da “X” hesabında Baydenin yaşı ilə bağlı müzakirələrə qatılıb.

O, canlı yayımdan əvvəl Baydenin səhhətinin yaxşı olduğunu deyən ABŞ mediasına cavab verib.

Belə ki, “Mediaların demək olar ki, hamısının eyni yalan və sözləri təkrarlaması narahatedicidir. Köhnə xəbərlər saxtadır. Əgər həqiqəti bilmək istəyirsinizsə, “X” də qalın”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm