Əsəd Türkiyəyə gələ bilər: Ərdoğan icazə verdi
Bizi izləyin

Dünya

Əsəd Türkiyəyə gələ bilər: Ərdoğan icazə verdi

Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Bəşər Əsədlə Türkiyə lideri Ərdoğanı barışdırmaq cəhdi öz töhfəsini verir.

Publika.az "TASS"a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan belə bir addımı atmaq fikrindədir.

Qeyd edək ki, Bəşər Əsəd Türkiyəyə Ərdoğanın icazəsi reallaşacağı halda Putin, Ərdoğan və Əsəd Suriyadakı vəziyyəti həll etmək, Türkiyə-Suriya münasibətlərini yaxşılaşdırmaq üçün danışıqlar aparacaq.

“Biz Suriya ilə yeni prosesə - münasibətlərin normallaşdırılmasına başlaya bilərik. Biz cənab Putin və Bəşər Əsədi dəvət edə bilərik. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər”, - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, Suriya üçün daimi məskunlaşma mexanizmi yaratmaq lazımdır ki, infrastrukturu dağılmış və mühacirətdə yaşayan ölkə “ayağa qalxsın”.

Ərdoğan əlavə edib ki, bölgədəki qeyri-sabit vəziyyət terror təşkilatları üçün əlverişli mühit yaradır və bunun nəticəsində belə qrupların “işbirliyi və istisnasız” kökünü kəsmək lazımdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm