Dünya
Vilders yenə irqçilik edir: Ərdoğanın və türk millətinin ünvanına ağır təhqirlər...
Niderlandlı irqçi siyasətçi Geert Vilders türk bayrağının yarıya endirilməsinin fotosunu paylaşaraq Rəcəb Tayyib Ərdoğanı təhqir edib.
Publika.az xəbər verir ki, o, bunu Türkiyənin Haniyə üçün milli matəm qərarından sonra edib və şərh olaraq “HƏMAS çirkabına ağlayan xəstələr" yazıb.
Türkləri “xəstə insanlar” olmaqda ittiham edən Vilders daha sonra paylaşımında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb.
"Ərdoğan HƏMAS terrorçuları ilə dostdur və İsrailə qarşı kor-koranə nifrət bəsləyir. Amma o, ən çox türk xalqının düşmənidir. Türklərin çoxu Atatürkün mirası ilə fəxr edən, dünyəvi dövlətə üstünlük verən və Türkiyədəki bütün güclü, yaxşı təhsilli qadınlara hörmət edən böyük insanlardır. Onlar Türkiyə iqtisadiyyatının zəifləməsinə və küçə həyatının türk qadınları üçün təhlükəli hala salınmasına nifrət edirlər. Mən bütün bu qadınları və dünyəvi türkləri dəstəkləyirəm. Onlar öz həyatlarını azad yaşamaq üçün dünyəviliyə, təhlükəsizliyə və yaxşı maaşlı işlərə layiqdirlər”, - deyə Vilders bildirib.
Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum nəticəsində həyatını itirib. Bu səbəbdən Türkiyədə bir günlük milli yas elan edilib. İsrailin paytaxtı Təl-Əvivdəki Türkiyə səfirliyi də daxil olmaqla, bütün səfirliklərdə Türkiyə bayraqları yarıya endirilib.
Roza Şəfiyeva
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı









.webp)






















.jpg)
.jpg)

.jpg)