Sosial
Bakının bu əraziləri işıqsız qalacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.
“Azərişıq” ASC-dən Publika.az-a bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri və İnşaatçılar prospektinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Fətəli xan Xoyski, Faiq Yusifov, Əliyar Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin 6 kV-luq elektrik xətlərinin yenilənməsi ilə əlaqədar planlı fasilə saat 09:00-dan 15:00-dək Səbail rayonu Murtuza Muxtarov, Ömər Faiq Nemanzadə küçələri və Bibiheybət kəndinin bir hissəsini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










