ABŞ-ın Türkiyədən İran xahişi: Razı salın
Bizi izləyin

Dünya

ABŞ-ın Türkiyədən İran xahişi: Razı salın

ABŞ-ın Türkiyədən İran xahişi: Razı salın

"İranla əlaqələri olan bütün müttəfiqlərimizdən Tehranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik və Türkiyə də bu ölkələr arasındadır".

Publika.az xəbər verir ki, bu sözləri İstanbulda jurnalistlərlə görüşündə ABŞ-ın Ankaradakı səfiri Cef Fleyk deyib.

O, hazırda ABŞ-Türkiyə münasibətlərinin hər zamankından daha yaxşı olduğunu da bəyan edib.

ABŞ-ın Türkiyədən Rusiyaya göndərilən hərbi texnika ilə bağlı narahatlığının davam etdirdiyini bildirən Fleyk Ankaradan ixracın qarşısını almaq üçün əməkdaşlığın artırılmasını istəyib.

"Bu vəziyyət bizi narahat etməkdə davam edir. Buradakı söhbətimizdə məqsədimizin Rusiyanın döyüş qabiliyyətini əlindən almaq olduğunu qeyd edəcəyik. Biz Türkiyədən əhəmiyyətli miqdarda məhsulun gəldiyini görürük. Ona görə də biz daha yaxşı əməkdaşlıq etmək istəyirik. Bilirəm ki, Rusiya bundan şikayət edir, bu yaxşı əlamətdir", - deyə Fleyk bildirib.

Qeyd edək ki, HƏMAS və Hizbullahın yüksək rütbəli üzvlərinin öldürülməsindən sonra Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran və onun müttəfiqlərinin İsrailə hücuma başlayacağı gözlənilir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm