Dünya
Bu ölkədə elektrik enerjisinin satış qiyməti ARTIRILIR
Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılaşma çərçivəsində elektrik enerjisinin qiymətini 50 faizədək artırır.
Publika.az xəbər verir ki, artan enerji qiymətləri oktyabr ayının 1-dən tətbiq olunacaq. “Reuters” bildirir ki, artım 14,45-50 faiz təşkil edəcək.
Tariflərin artırılması yayın əvvəlində qüvvəyə minməli olsa da, təxirə salınıb. Ölkə binaların soyudulmasına artan tələbatla əlaqədar olaraq ciddi elektrik enerjisi qıtlığı ilə üzləşib.
Misir ardıcıl istilik dalğaları ilə daha da gərginləşən enerji təchizatında fasilələrə son qoymaq üçün təxminən 1,2 milyard dollar dəyərində mazut və təbii qaz idxal etməlidir. Ölkədə elektrik enerjisinin böyük hissəsi təbii qazdan əldə edilir.
-
Magazin213:06Damla "Kayıp zaman" serialında rol alacaq
-
Ekologiya12:38Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Magazin112:30Evimdə elə bir ab-hava var idi ki... - Zülfiyyə Xanbabayeva
-
Nəqliyyat12:01Bakının bu ərazisində çuxurlar maşınları sıradan çıxarır - Video
-
Avto08:36Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb? - VİDEO
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu



































