Nəqliyyat
İmtahandan keçən taksi sürücüləri şəhadətnamələrini nə vaxt alacaqlar?
Bu il martın 18-də keçirilən test imtahanında müvəffəqiyyət qazanmış taksi sürücülərinin şəhadətnamələrinin verilməsinə başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş imtahanda uğur qazanmış şəxslər şəhadətnamələrini aprelin 20-dən etibarən əldə edə bilərlər. Namizədlər şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə sənədlərini DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürməlidirlər.
Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciət ərizəsinə şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.
-
Sosial22:36“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” - “Səbail”in prezidenti
-
İdman21:40Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
-
Magazin219:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR




































