Saxta "youtuber" yüzlərlə insanın kabusuna çevrildi: Ədəbsiz şəkillər və mesajlar...
Bizi izləyin

Dünya

Saxta "youtuber" yüzlərlə insanın kabusuna çevrildi: Ədəbsiz şəkillər və mesajlar...

Saxta "youtuber" yüzlərlə insanın kabusuna çevrildi: Ədəbsiz şəkillər və mesajlar...

Avstraliyada 29 yaşlı gənc özünü "youtuber" kimi təqdim edərək 20 ölkədən 286 nəfəri şantaj edib.

Publika.az xəbər verir ki, Muhammad Zain Ul Abideen Rəşid adlı bu şəxs gənc qızları kamera qarşısında seksual hərəkətlər etmələri üçün təşviq edib. Daha sonra qızları onların görüntülərini yaxınlarına göndərməklə hədələyib.

Qurbanlarının üçdə ikisi 16 yaşından kiçik olan Rəşid məhkəmədə 119 ittiham üzrə təqsirli olduğunu etiraf edib. O, 2033-cü ildə şərti azadlığa çıxmaq üçün müraciət edə biləcək.

Şantaj edilən uşaqların bir çoxunun intihara meyilli olduğu, uşaqlardan birinin Rəşidə özünə zərər verdiyini əks etdirən görüntülər göndərdiyi bildirilir.

Hakim qeyd edib ki, Rəşid uşaqların həddindən artıq qorxusuna baxmayaraq, şantajı davam etdirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm