Papanı hədələyənlərin cəzası belə oldu
Bizi izləyin

Dünya

Papanı hədələyənlərin cəzası belə oldu

İndoneziyanın elitar terrorla mübarizə bölməsi "Densus 88" Cakartaya səfəri zamanı Papa Fransiski hədələdiyi üçün yeddi nəfəri həbs edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Barron” maliyyə jurnalında məlumat yer alıb.

“Densus 88” Papanın səfəri münasibətilə sosial şəbəkələrdə təbliğat və ya terror aktı törətmək vədləri şəklində təhdidlər dərc edən yeddi şəxsə qarşı məhkəmə iddiası qaldırıb”, - nəşr yazıb.

Qeyd edilir ki, başqa şeylərlə yanaşı, pontifikin marşrutu boyunca yandırma təhdidləri də səsləndirilib. Cakarta ətrafındakı şəhərlərdə, eləcə də bəzi əyalətlərdə qanun pozucuları saxlanılıb.

Məlumata görə, sentyabrın 5-də İndoneziyanın paytaxtında Roma Papası Fransiskin təşkil etdiyi ayində təxminən 87 min katolik iştirak edib. Hadisə "Gelora Bung Karno" stadionunda baş tutub. Kütləvi mərasimdə İndoneziya prezidenti Coko Vidodo da iştirak edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm