Dünya
Kahramanmaraşda Heydər Əliyev adına ibtidai məktəb açıldı
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində Heydər Əliyev ibtidai məktəbinin rəsmi açılışı olub.
Publika.az xəbər verir ki, açılış tədbiri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.
Məktəb Azərbaycan bulvarı ilə Heydər Əliyev bulvarının kəsişdiyi Hayrullah məhəlləsində məktəb və məscid kimi əraziləri özündə birləşdirən 1000 evlik məhəllənin ilk binasıdır. Məktəbdə idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer də mövcuddur.

Türkiyədə baş verən 6 fevral zəlzələsindən sonra Azərbaycan xalqı qardaş ölkəyə hər sahədə dəstək olmağa davam edir.
Xatırladaq ki, 25 sentyabr 2023-cü ildə Naxçıvanda imzalanmış Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında qərar noyabr ayında “Rəsmi Qəzet”də dərc edilib.
Müqavilə fevralın 6-da Kahramanmaraşda baş vermiş zəlzələdən zərər çəkmiş bölgələrdən birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi ilə bağlı layihənin icrasının əsas prinsiplərini tənzimləyir.
Roza Şəfiyeva
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək

































