Dünya
Rusiya qonşuları ilə yeni münasibətə başladığını elan etdi: Sərhəddə nə baş verir?
Rusiyanın qonşu ölkələr - Finlandiya , Estoniya və Latviya ilə qarşılıqlı əlaqələri 1 iyul tarixindən etibarən dəyişib.
Piblika.az Lenta.ru-ya istinadla xəbər verir ki, Nazirlər Kabinetinin açıqlamasına görə, dəyişiklik Rusiyanın bu ölkələrlə sərhədinə təsir edib və bir neçə sərhəd keçidi müvəqqəti olaraq bağlanıb.
“Siyahıya uyğun olaraq müəyyən ərazilərdə Rusiya Federasiyasının dövlət sərhədindən dəmir yolu keçid məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkətini müvəqqəti olaraq dayandırılır”, - məlumatda deyilir.
Sərəncama əsasən, Rusiya Federasiyası ərazisindəki bir neçə dəmir yolu sərhəd keçid məntəqəsi, o cümlədən Sankt-Peterburq -Finlandiya və Vıborq müvəqqəti olaraq bağlanıb. Həmçinin Finlandiya sərhədində Kareliyadakı Vyartsilya və Littya, Leninqraddakı Svetoqorsk məntəqəsi də bağlanıb. Estoniya sərhədində Peçorı -Pskovski keçid məntəqəsi, Latviya sərhədində isə Pskov vilayətindəki Pıtalovo keçid məntəqəsi bağlanıb.
Müəllif: Tural
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)































