Dünya
Məşhur müğənnidən imdad çağırışı: “Özümü otağa qapamışam”
Türk klassik musiqi sənətçisi Umut Akyürek sosial media hesabındakı paylaşımında qızından qorxduğu üçün özünü otağa qapadığını açıqlayıb.
Publika.az xəbər verir ki, Akyürek 2004-cü ildə Oktay Ərtoğrulla ailə həyatı qurub, 2005-ci ildə qızı Melek Bal dünyaya gəlib.
İllər əvvəl bir televiziya proqramında qızının hiperaktivlikdən müalicə olunduğunu bildirib:
“Müalicəmiz yeniyetməlik illərindən başladı. Heç nədən qorxmur, ən pis vərdişi inadkarlıqdır. Məsələn, biz planlar qura bilmirik. Bütün gecəni oyaq qalır, axşama qədər yatır. Bu yaxınlarda məktəbə fasilə verdi, bir müddətdir ki, getmir. Həyatda hər kəsin bir imtahanı var, mənim də qızımdır”.
Akyürek bu dəfə qızının öləcəyindən, yaxud kimisə öldürəcəyindən narahat olduğunu, hətta qızın həyat yoldaşına bıçaqla hücum çəkdiyini qeyd edib:
“O, özünü saxlaya bilməyəcək qədər xəstə olduğu üçün vəziyyət dəhşətli həddə çatıb. İndi özümü otağa qapamışam, iki gün idi ki, yox idi. Polisə zəng etməli oldum. Əvvəllər dəfələrlə zəng etmişik. Hamısı nəticəsiz qalır. Polis gəlib danışır, əksər hallarda ifadələr alınır. Bunun üçün heç bir həll yoxdur. Bildiyiniz kimi, günlərdir ictimaiyyəti zəbt edən hadisələr baş verir və çox təəssüf ki, gənclərin narkotikdən istifadə etdiyi cinayətlər var. Gənc polis zabiti şəhid olub. İki gənc qızımız öldürüldü. Onların hamısının kökündə bu xəstəlik dayanır”.
Roza
-
Sosial15:22
"Pulu Nəcməddin yeyib, yoxsa Fazil Məmmədov..." - Şlyapa Zahiddən şok açıqlamalar
-
Magazin214:43
Xalq artisti vəfat etdi - FOTO
-
Hadisə13:38
“Azərbaycan Dəmir Yolları”nın daha bir maşinisti 20 455 manatlıq yanacaq satıb
-
Rəsmi xronika13:04
İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - Yeniləndi
-
Sosial12:35
Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var - FOTO
-
Sosial12:15
Ölkəyə 5 ədəd tam elektrikli təcili yardım maşını gətiriləcək
-
Hadisə11:08
Azərbaycanda şərab zavodundakı yanğın söndürüldü - Yeniləndi
-
Dünya11:04
NATO generalı Bakıya gəldi: Moskva narahat oldu