Dünya
Türkiyədəki terrorda ölü və yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə, xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, yaralananlardan üçü artıq xəstəxanadan buraxılıb.
***
TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 4-ə yüksəlib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
***
Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, 2 terrorçu hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib
***
TUSAŞ-a hücumu həyata keçirən 3 terrorçudan 2-si zərərsizləşdirilib.
Publika.az xəbər verir ki, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir.
"İHA"nın məlumatına görə, Türkiyə daxili işlər naziri Ali Yerlikaya hadisə yerinə gəlib.
***
TUSAŞ-da ikinci partlayış baş verib.
Publika.az xəbər verir ki, Türkiyə KİV-ləri ilkin məlumata görə, 9 nəfərin öldüyünü yazır.
Həmçinin çoxlu sayda insanın girov götürüldüyü təxmin edilir.
***
Türkiyənin Ankara şəhərində yerləşən dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib.
Publika.az xəbər verir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu bildirib.
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE





























.png)

.jpg)






