Dünya
Gülənin vəsiyyəti heyət qarşısında açıqlandı - Miras kimə qaldı?
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin vəsiyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, Gülənin ölümü ilə onun mirasının necə paylaşılacağı müzakirə mövzusuna çevrilib.
“Halk TV”də yer alan məlumata görə, Gülənə məxsus çamadanın oktyabrın 26-da açıldığı bildirilib.
Bu zaman Fazilet Korucuk, Məsih Gülən, Adəm Kalaç, Ahmet Kurucan, Cövdət Türkyolu, Kamal Gülən, Muhammed Yeşilyurt, Numan Yiğit və Abdullah Aymaz orada olub.
Qeyd olunub ki, çantanın içərisində Gülənin kitablarının müəllif hüquqlarını “Cascade Trust” adlı bir vəqfə ötürdüyünə dair etibarnamə tapılıb. Sözügedən vəqfin təsis məqsədi “Gülənin ideyalarını onları öyrənən və həyata keçirən təhsil müəssisələrinə yönəltmək” olaraq ifadə edilir.
Açıqlamaya görə, terrorçubaşının əşyaları bunlardır:
Kitab qonorarından 20,20 dollar
2000 dollar kəfən pulu
Hədiyyə olaraq istifadə ediləcək 12 min 640 dollar dəyərində çeyrək qızıl
Borclarının ödənilməsini tələb etdiyi vəsiyyətnamə.
Kitabın müəllif hüquqlarını bir fonda bağışladığını göstərən etibarnamə
Zəncirli saat
Bir kostyum
Şəxsi əşyalar və şəxsiyyəti təsdiq edən sənədlər.
-
Dünya14:04
Putin Əsədlə bağlı qərar verdi: Kreml rəsmən açıqladı
-
Sosial13:06
Pensiya alanların nəzərinə!
-
İdman12:13
"Real"ın əfsanəsi bu qadınla eşq yaşayır? - Xahiş edirəm, ciddi olun - FOTOLAR
-
Magazin111:32
"Vətəndaş A" serialındakı bu səhnəyə görə aktyoru hədələdilər: "Əlini qırarıq" - VİDEO
-
Dünya11:02
Baydenə sərt təpki: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır
-
MDB10:32
FTX Gürcüstanın sabiq nazirinə işləyən 11 nəfər saxladı: Görün nələr edirmişlər
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı