Dünya
Zelenski də təsdiqlədi: Ukrayna ordusu Şimali Koreya əsgərləri ilə döyüşür
Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreya əsgərləri ilə Ukrayna əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, Zelenski Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə reaksiya verən hər kəsə təşəkkür edib:
“Bəzi ölkələr Ukraynanın təkcə sözlə yox, əməli ilə də yanındadır. Təəssüf ki, adekvat cavab almadıqda terror virus kimi yayıla bilər. Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar ölkədə qeyri-sabitliyin yeni səhifəsini açdı. Beynəlxalq ictimaiyyəti dəstəkləməyə çağırıram. Bütün dünya ilə birlikdə Rusiyanın müharibəni genişləndirmək üçün atdığı bu addımın uğursuzluğa düçar olması üçün hər şeyi etməliyik”.
Qeyd edək ki, Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyi ictimaiyyətə məlum olub. Ukraynanın müdafiə naziri Rustem Umerov dünən verdiyi açıqlamada Ukrayna və Şimali Koreya əsgərlərinin ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.
Aysel Şahmar
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO













.jpg)




















