Dünya
Makronla Staymer Baydeni dilə tutacaq: Getməzdən əvvəl bunu et
Britaniya hakimiyyəti ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti yanvarda başa çatana qədər Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verəcəyini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə krallığın hökumətindəki mənbələrə istinadən “The Daily Telegraph” qəzeti yazıb.
“Biz növbəti administrasiyaya qədər hər şeyi fasilədə saxlamaqdansa, yanvarın 20-nə qədər olan vaxtdan səmərəli istifadə etməkdə çox maraqlıyıq”, - deyə adı açıqlanmayan mənbə nəşrə bildirib.
Digər mənbə qeyd edib ki, Britaniya hökuməti yaxın həftələrdə Baydendən Kiyevə iqtisadi yardımı sürətləndirəcəyini gözləyir.
Qəzetin yazdığına görə, Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərinin Rusiya Federasiyasının dərinliklərinə endirilməsi üçün istifadəyə icazə verilməsi məsələsi noyabrın 11-də Parisdə Fransa prezidenti Emmanuel Makron və baş nazir Key Starmer arasında keçiriləcək görüşdə müzakirə olunacaq. "Daily Telegraph" bu addımın təsdiqlənəcəyi təqdirdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlayarkən qərara yenidən baxmasının çətin olacağını bildirib.
Adəm Abbaslı
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi































.jpg)
