Dünya
Almaniya şirkətindən 8,2 milyon avro oğurlayan Yasəmən kimdir? - FOTO
Almaniyada 8,2 milyon avroluq oğurluğun əsas şübhəlisi kimi ilk dəfə hakim qarşısına çıxan türk əsilli Almaniya vətəndaşı Yasəmən Gündoğan təəccüblü ifadə verib.
Publika.az xəbər verir ki, Bremen Əyalət Məhkəməsində on ilə qədər həbs tələbi ilə mühakimə olunan Gündoğan məhkəmədəki rahat davranışı ilə hər kəsi təəccübləndirib.
Gündoğan hər şeyin dostları arasında zarafatla başladığını iddia edib. O, sevgilisi narkotik alveri ilə həbsxanada olduğu üçün çətin günlər keçirərkən bunu törətdiyini bildirərək, dostlarından birinin onu razı saldığını deyib.
Gündoğan oğurluq zamanı ona bəzi cinayətkar şəxslərin kömək etdiyini və qaçdığını qeyd edib. Lakin o, məhkəmədə ona köməklik edənlərin adlarını qeyd etməkdən çəkinib.

“Mənim işim sadəcə pulları maşına yükləmək idi”
Gündoğan çalışdığı şirkətin təhlükəsizlik baxımından zəif cəhətləri olduğuna diqqət çəkib: “Oğurluğu uzun müddət planlaşdırmağa ehtiyac yox idi. Bunu hər gün edə bilərdim. Hadisə baş verən gün pulu seyf yerinə tullantı kağızı qabına qoydum və sonra bu qabı çıxarıb cinayət ortaqlarıma təhvil verdim. Qalanı isə onların işi idi”.
Pulların yerini demədi
Pulun harada olduğu haqda məlumat verməyən Gündoğan bu puldan cəmi 20-25 min avro götürdüyünü iddia edib: “Qalan pulun harada olduğunu bilmirəm. Geriyə baxanda, məni həqiqətən aldatdılar. Belə bir şey edib, sonra pulsuz qalmaq utancvericidir”.
Gündoğan təslim olma səbəblərini də bir-bir sadalayıb: “Haqqımda çıxan xəbərlərə görə çölə çıxa bilmədim. 2 il çətin anlar yaşadım. Qaçaq həyatı və pulsuzluq heç yaxşı deyil. İstanbul bahalı bir şəhərdir. Buna görə də Almaniyaya qayıtmaq qərarına gəldim”.

Qərar yanvarda elan ediləcək
Gündoğanın şəriki olduğu iddiası ilə mühakimə olunan Büşra S. 2022-ci ildə Bremen məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib. Gündoğanın qaçışının planlaşdırılmasında Büşra S.-nin mühüm rol oynadığı iddia edilib.
Bremen Regional Məhkəməsində baxılan iş üzrə hökm isə yanvar ayında bəlli ola bilər.
Roza
-
Dünya11:24Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
-
Magazin111:20Nazir Brilyant Dadaşovanın ərini vəzifəsindən azad etdi
-
Digər11:03Kim Çen In Rusiyada öldürülmüş hərbçilərə muzey tikdirir
-
Hadisə10:13Çilingər hakimin ölümünə görə həbs edildi
-
İqtisadi gündəm09:52Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq
-
Magazin107:35Azərbaycanlı bloqerlər 10 ildə necə dəyişiblər? - Öncə və sonra... - Foto
-
Sosial06:46"Azerina" müştərini şantaj edib? - Şok səs yazısı
-
Sosial05:15Bakıda bu binalar da sökülür - Video



























.jpg)





