Dünya
Berdiməhəmmədov naziri vəzifəsindən azad etdi - Ciddi nöqsanlara görə
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ticarət kompleksinə, toxuculuq sənayesinə və özəl sektora nəzarət edən Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevi vəzifəsindən azad edib.
Publika.az bildirir ki, bu barədə "Neytral Türkmənistan" rəsmi qəzeti xəbər verib.
Məlumata görə, Atdayevin vəzifədən azad edilməsinə səbəb ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilməməsidir.
Onun yerinə əvvəllər Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri vəzifəsini tutmuş Nokerquli Ataquliyev təyin edilib. Ona altı ay sınaq müddəti verilib.
Nazirlər Kabinetinin iclası zamanı ölkə prezidenti həmçinin işində yol verdiyi ciddi nöqsanlara görə ticarət və xarici iqtisadi əlaqələr naziri Beqenç Qoçmollayevi də tutduğu vəzifədən azad edib. Nazir müavini vəzifəsini icra edən Kərim Qurbanov müvəqqəti olaraq onun vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, vəzifədən azad edilən hər iki şəxs 2022-ci ilin ortalarında fəaliyyətə başlamışdı.
-
Sağlamlıq07:35Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
-
Magazin106:46Nanə görünüşü ilə bağlı tənqidlərə belə cavab verdi
-
İKT05:452026-cı ildə dünyanı real TƏHLÜKƏ gözləyir - Süni intellektlə bağlı XƏBƏRDARLIQ
-
Magazin203:18Afra Kənanla öpüşmə səhnələrini rədd etdi
-
İdman02:25Qurban Qurbanov: Bu məğlubiyyətin böyük faydası olacaq!
-
Qoroskop02:19Günün ulduz falı: Yeni iş təklifi alacaqsız
-
İdman02:02"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi
-
İdman01:51"Liverpul" "Qarabağ"a qalib gəldi - VİDEO/YENİLƏNDİ








.jpg)










.jpg)



.jpg)





.jpg)



