Ərdoğan Rioda hansı mesajları verəcək? - Bakıdan qayıdanda demişdi ki...
Bizi izləyin

Dünya

Ərdoğan Rioda hansı mesajları verəcək? - Bakıdan qayıdanda demişdi ki...

Xəbər verdiyimiz kimi, Braziliyanın Rio-de-Janeyro şəhərində G20 qrupunun iki günlük sammiti bu gün başlayır. Sammitin mövzusu “Ədalətli dünya və davamlı planet qurmaq” olaraq müəyyən edilib.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 toplantısında iştirak etmək üçün şəxsi “CAN” təyyarəsi ilə Braziliyaya gedib.

Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür” tezisi ilə keçiriləcək sammitdə qlobal problemlərin konkret həll yollarını təklif edəcək. Ankara İsrailin bölgədə artan təcavüzünü və yaratdığı regional müharibə təhlükəsini sammitin gündəliyinə gətirəcək. Qlobal sistemin qeyri-adekvat olduğu məqamlar nəzərə alınaraq, yenidən işlənməli olan amillər vurğulanacaq. Dünyadakı gərginliyin müzakirə olunacağı sammitdə Rusiya-Ukrayna müharibəsinin son mərhələsi də masada olacaq.

Ərdoğan mesajlar verəcək

Ərdoğan Bakıdan qayıdarkən G20 sammiti ilə bağlı bu cür dəyərləndirmələr edib: “Məncə, məhsuldar və faydalı bir zirvə olacaq. Orada Braziliya Prezidenti Lula ilə görüşümüz dünyada təsirli görüş olacaq. Biz Rioda keçiriləcək G20 Sammitini qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üzrə mühüm platforma kimi görürük. Türkiyə qlobal iqtisadiyyat üçün sabitliyi gücləndirən tədbirlərə və əməkdaşlığa diqqət yetirən bir ölkədir. Biz hər fürsətdə ölkələr arasında həmrəyliyin vacibliyini bildirdik, xüsusilə də pandemiyadan sonrakı iqtisadi bərpa prosesləri üçün birgə strategiyaların hazırlanmasının vacibliyini vurğuladıq.

Enerji təhlükəsizliyi Türkiyə üçün də kritik məsələdir. Qloballaşan dünyada inkişaf etməkdə olan ölkələrin iqtisadi çətinlikləri ilə bağlı konkret təklifləri ehtiva edən bir gündəm yaratmalıyıq. Çünki biz zəncirvari reaksiya ilə təkcə bir ölkənin deyil, bir çox əlaqəli ölkənin iqtisadiyyatına təsir edən böhranlara qarşı tədbir görməliyik. Beynəlxalq platformaların fəal və nüfuzlu üzvü olan Türkiyə həm öz iqtisadi maraqlarını, həm də inkişaf etməkdə olan ölkələrin vəziyyətini yaxşılaşdırmaq üçün bir çox təkliflər üzərində işləyir”.

Bu çərçivədə Ərdoğan artıq Braziliya prezidenti Lula da Silva ilə görüşüb.

G20 həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri özündə birləşdirən yüksək nümayəndəli struktura malik platforma kimi vacibdir. Türkiyə G20-ni qlobal iqtisadi əməkdaşlıq və koordinasiya üçün ən uyğun platforma hesab edir. Bu kontekstdə o, G20-nin işinə fəal töhfə verir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm