Magazin2
Azərbaycanlı şoumenin aliment planı baş tutmadı: Məhkəmədən sərt qərar
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkina ilə alimentlə bağlı məhkəmə işində məğlub olub.
Publika.az xəbər verir ki, Presnenski Rayon Məhkəməsi Timurun keçmiş həyat yoldaşına olan aliment borcunu ödəməkdən azad edilməsi barədə xahişini rədd edib.
Belə ki, səs-küylü boşanmadan sonra Timur oğulları Migel və Daniel üçün ayda 1,5 milyon rubl, keçmiş həyat yoldaşının şəxsi ehtiyacları üçün isə əlavə 500 min rubl ödəyib. 2025-ci ildə Timur məhkəməyə müraciət edərək aliment məbləğinin 500 min rubla endirilməsini, keçmiş həyat yoldaşına ödədiyi vəsaitin isə tamamilə ləğv olunmasını istəyib. O, buna səbəb kimi konsertlərinin sayının azalması və gəlirlərinin aşağı düşməsini göstərib.
2026-cı ilin əvvəlində sənətçi keçmiş həyat yoldaşına ödəniş etməkdən azad edilsə də, uşaqlar üçün alimentin məbləği əvvəlki səviyyədə saxlanılıb.
Son qərara əsasən, Timur Annaya yığılıb qalmış aliment borcunu da ödəməli olacaq.
Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları rədd edib. Bundan qısa müddət sonra sənətçi yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.
Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur telefon danışığı zamanı ona ayrıldıqlarını bildirib.
Rodrigez və Kabak bu ilin iyununda ailə qurublar.(Axşam.az)
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var










.jpg)



.jpg)







.png)













