"TikTok"da qadın ovu: İnsan alveri şəbəkəsinin ŞOK ƏMƏLLƏRİ
Bizi izləyin

Dünya

"TikTok"da qadın ovu: İnsan alveri şəbəkəsinin ŞOK ƏMƏLLƏRİ

"TikTok"da qadın ovu: İnsan alveri şəbəkəsinin ŞOK ƏMƏLLƏRİ

"TikTok"da insan alveri ilə bağlı qalmaqal ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Bildirilib ki, İstanbulda saxta konsaltinq şirkəti yaradan şəbəkə, "TikTok"dakı canlı yayımlardan istifadə edərək insanları aldadıb. Belə ki, saxtakarlar iş vədi ilə Özbəkistan və Qazaxıstandan olan qadınları aldadaraq onların pasportlarını əllərindən alıb, insan alveri qurbanına çevirərək məcburi əməyə cəlb ediblər.

Bundan əlavə, şəbəkə üzvləri qadınların qazandıqları pulları da komissiya haqqı adı altında əllərindən alıblar.

Hadisə ilə bağlı Bakırköy Prokurorluğu tərəfindən ittiham aktı hazırlanıb. Aktda aralarında bir vəkilin də olduğu səkkiz şübhəlinin hər biri üçün 168 ilə qədər həbs cəzası tələb olunur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm