Dünya
Uduzan namizədi prezident kimi tanıdılar: ABŞ-a sərt reaksiya
Venesuela iyulun 28-də keçirilən prezident seçkilərində müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi seçilmiş prezident kimi tanıdığını elan edən ABŞ-a sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Venesuelanın xarici işlər naziri İvan Gil Pinto “X” sosial media platformasında ABŞ dövlət katibi Entoni Blinkenə sərt cavab verib.
Nazir Blinkenin Venesuela əleyhinə münasibəti olduğunu iddia edib: "Artıq Blinken Venesuelanın and içilmiş düşmənidir. ABŞ daha çox faşist və terrorçu tərəfindən dəstəklənən Venesuela müxalifətinin keçmiş lideri Xuan Quaydo ilə eyni siyasəti davam etdirməkdə israrlıdır”.

Blinken “X” sosial media hesabındakı paylaşımında ABŞ-ın 28 iyulda keçirilən prezident seçkilərindən sonra Venesuela müxalifətinin lideri Edmundo Qonzalesi ölkənin seçilmiş prezidenti kimi tanıdığını açıqlayıb.
Qeyd edək ki, Milli Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. Müxalifət koalisiyasının namizədi Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.
Roza
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?















.jpg)








.jpg)
.jpg)








