Sosial
Şəhid Bəxşəliyev Natiq Saleh oğlunun anım mərasimi keçirildi - FOTO
Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Bəxşəliyev Natiq Saleh oğlunun anım mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar şəhidin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
1980-ci il iyulun 7-də Bakı şəhərində anadan olan Natiq Bəxşəliyev 167 nömrəli orta məktəbi bitirib, Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Hərbi xidmətə leytenant rütbəsi ilə başlayan Natiq Bəxşəliyev 2020-ci ildə Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Hadrut və Xocavənd istiqamətlərində döyüşərək oktyabrın 20-də Ərgünəş dağı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ailəli olan şəhidimizdən Yunus adlı bir övladı yadigar qalıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və "Vətənə xidmətə görə" orden ilə təltif edilib.
-
Sağlamlıq21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi



























.jpg)









