Dünya
Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
Türkiyə ABŞ qüvvələrinin Suriyadan çıxarılması və terror təşkilatı PKK/YPG-yə dəstək verməməsi müqabilində İŞİD-lə mübarizə vəzifəsini üzərinə götürə biləcəyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Türkiyənin terroru mənbəyində məhv etmək siyasəti ilə həyata keçirdiyi sərhədyanı əməliyyatlar PKK-nın fəaliyyət imkanlarını məhdudlaşdırıb. Bölgədəki digər təhlükə isə zaman-zaman PKK/YPG ilə əməkdaşlıq edən İŞİD-dir. Türkiyə 2016-cı ildə başlatdığı “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-ə böyük zərbə vurub və bununla da terror təşkilatı PKK/YPG/PYD-nin Suriyanın şimalında dəhliz yaratmaq istəyinin qarşısını alıb.

Bölgədə fəal olan ölkələrdən biri də ABŞ-dır. Terror qruplarını "qidalandıran", təhrik edən, onlardan öz təsir dairəsini genişləndirmək üçün istifadə edən NATO müttəfiqi olmasına baxmayaraq Türkiyəyə qarşı fəaliyyətlərini heç vaxt dayandırmayıb.
Bu çərçivədə Türkiyə həm cəbhədə, həm də diplomatiya sahəsində sərhədlərinin təhlükəsizliyi istiqamətində addımlar atmağa davam edir. Belə ki, Türkiyə ABŞ-ı Suriyadan əsgərlərini çəkməyə və PKK/YPG-yə dəstək verməməyə çağırıb və bunun müqabilində Suriyada İŞİD-lə mübarizə vəzifəsini üzərinə götürə biləcəyini bildirib.
Türkiyə həmçinin Suriyanın şimal-şərqindəki on minlərlə İŞİD məhbusu və onların ailələri üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. ABŞ-ın bu təklifə necə cavab verəcəyi isə maraq doğurur.
Roza Şəfiyeva
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı






























.jpg)

.jpg)