Dünya
"Ən dağıdıcı termonüvə müharibəsi..." - KXDR lideri ciddi təhlükədən DANIŞDI
"Koreya yarımadasındakı çətin vəziyyət “ən dağıdıcı termonüvə müharibəsinə” gətirib çıxara bilər".
Publika.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Onun sözlərinə görə, yarımadada münaqişə tərəfləri heç vaxt belə təhlükəli və kəskin qarşıdurmada olmayıb.
KXDR sədri vurğulayıb ki, ABŞ-la aparılan danışıqlar Pxenyanı Amerika tərəfinin dəyişməz düşmənçilik siyasətinə yalnız inandırıb .
Kim Çen In əlavə edib ki, Vaşinqton öz strateji aktivlərini və müttəfiqlərinin qüvvələrini yerləşdirməklə təzyiqləri və təxribat səviyyəsini artırır.
Xatırladaq 12 noyabr 2024-cü il tarixində "Koreyanın səsi" dövlət radiosu KXDR-in Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini rəsmən ratifikasiya etdiyini bildirib. Saziş ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minir. Sənəd qeyri-müəyyən müddətə qüvvədə olacaq.
Hüseyn İbadlı
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?













.png)


















