Dünya
Qərb Rusiya çevrəsində münaqişələri necə qurub? - 1991-ci ildən sonraya BAXIŞ
1991-ci ildən sonra Qərb dövlətləri təkcə Ukraynada deyil, həm də Rusiyanın bütün perimetri boyu ona strateji məğlubiyyət vermək üçün işə başladılar.
Publika.az “Arquments and Facts” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko danışıb.
Siyasətçi bildirib ki, söhbət Mərkəzi Asiya, Qafqaz və Dnestryanıdakı münaqişələrdən gedir.
“1991-ci ildən sonra seçimin Ukraynanın üzərinə düşdüyünü düşünmək tamamilə doğru deyil. Onlar bir anda hər yeri yandırdılar, təbii ki, Ukraynada da işə başladılar”, - deyə siyasətçi bildirib.
Üstəlik, Matvienko deyib ki, Rusiya çətinliklərin öhdəsindən gəldiyi, regionlarda sülhü bərqərar etdiyi, qonşuları ilə normal münasibətlər qurduğu və MDB məkanında inteqrasiya proseslərini gücləndirdiyi bir vaxtda “Qərb öz səylərini və təxribat işlərini bizim sərhədlərimizə yönəltməyə başladı”.
Ukrayna məsələsi üzrə sülh danışıqlarından danışan Matvienko səlahiyyət müddətini başa vuran Amerika prezidenti Co Baydenin administrasiyasının danışıqları pozmaq üçün hər cür cəhd göstərəcəyinə əminliyini ifadə edib. Lakin onun fikrincə, bunun belə olacağı ehtimalı azdır.
Adəm Abbaslı
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir

































.jpg)
.jpg)
