Dünya
Türkiyəni seçdilər, Fransa sarsıldı - Rusiya və Çin hərəkətə keçdi
Afrika ölkələri tərəfindən arzuolunmaz ölkə elan edilən Fransa Çaddan zərbə gəldiyi üçün sarsılıb. Sözügedən regiondan geri çəkilməyə başlayan Fransanın buraxdığı boşluğu Rusiya və Çin doldurmağa çalışır.
Publika.az xəbər verir ki, Türkiyənin təsirinin artdığı Afrika ölkələrində Fransaya zərbə ardınca zərbələr endirilir. Bir çox Afrika ölkəsinin qəbul etdiyi qərarlar nəticəsində Fransa qoşunlarını geri çəkməyə davam edir.
Fransa Qabon və Fil Dişi Sahili hökumətlərinin qərarı ilə bu ölkələrdəki hərbi varlığını azaltmağa davam edərkən, başqa bir tarixi qərar isə 100 ilə yaxındır uran və qızıl mədənləri istismar edilən Çaddan gəlib.
Çad hökuməti Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etmək barədə qəfil qərar verib və fransız əsgərlərinin ölkəni tamamilə tərk etməsini tələb edib. Çadda xidmət edən 1000 fransız əsgərinin sayının 300-ə endirilməsi gözlənildiyi halda, bu qərar Parisi heyrətə gətirib. Fransaya daha bir zərbə 350 fransız əsgərinin olduğu Seneqaldan gəlib.
Qeyd etdiyimiz kimi, Afrika ölkələrindən geri çəkilməyə başlayan Fransanın buraxdığı boşluğu Rusiya və Çin doldurmağa çalışır. Belə ki, Çin iqtisadi yolla Afrika ölkələrinə təsir göstərməyə çalışarkən, Rusiya hərbi yolla bölgədə aktiv rol oynamağı planlaşdırır.
Aysel Şahmar
-
Ekologiya08:47Alimlərdən sabahla bağlı XƏBƏRDARLIQ
-
Dünya07:55İki yüksək sürətli qatar relsdən çıxdı: Çoxlu sayda ölü var - YENİLƏNDİ
-
Banklar 07:35Bu ölkədə UNO xəbərdarlığı edildi - Hazırlaşın!
-
Magazin107:15Safurə həyat yoldaşının ad gününü belə qeyd etdi - VİDEO
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər









.jpg)





.jpg)



.jpg)












