Dünya
Müharibə hazırlığı: Bu ölkə 27 ildən sonra məcburi hərbi xidməti bərpa edir
Niderland son 27 ildə ilk dəfə məcburi hərbi xidmətin bərpası imkanlarını öyrənir.
Publika.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin sənədinə istinadən "RTL Nieuws" telekanalı məlumat yayıb.
"Müdafiə Nazirliyi Niderlandın hərbi xidmətə çağırışı bərpa etməsi üçün fəaliyyət planı hazırlayıb", - deyə telekanal bildirib.
Telekanal belə bir nəticəyə gəlib ki, silahlı qüvvələr bu ssenariyə hazır deyil, çünki şəxsi heyət və texnikaya böyük investisiyalar tələb olunur, lakin "qonşu ölkələr icbari hərbi xidmət tətbiq edərsə, Niderland dərhal nümunə götürəcək".
Müdafiə Nazirliyinin sənədlərində qeyd olunur ki, Niderlandın hərbi xidmətə çağırışın yenidən tətbiqi imkanlarını araşdırmasının səbəbi ölkənin “yaxın beş-on il ərzində böyük hərbi münaqişəyə hazırlaşması”dır.
Qeyd edək ki, Niderlandın peşəkar ordusunda 42.000-dən çox ixtisaslı əsgər var. Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin cəlb edilməsi də daxil olmaqla, bu rəqəmin artırılması üzərində işləyir.
Xatırladaq ki, Niderland Silahlı Qüvvələrinə çağırış 1997-ci il mayın 1-də dayandırılmış və onlar müqavilə əsasına keçirilib. Bununla belə, müharibə təhlükəsi kimi müstəsna hallarda Niderland hökuməti hərbi xidmətə çağırışı bərpa edə bilər. Hər il 17 yaşlı bütün gənclərə orduya çağırış məktubları gəlir.
Adəm Abbaslı
-
Region20:12Türkiyədə tələbələr qəzaya düşdü: çox sayda yaralı var
-
Hadisə20:00Sumqayıtda TOYDA FACİƏ - 49 yaşlı kişi rəqs edərkən öldü
-
Magazin219:48Göksel gənc qalma sirrini açıqladı - VİDEO
-
Sosial19:36Azərbaycanda tanınmış müğənniyə qarşı DƏLƏDUZLUQ - Tikinti şirkətinin rəhbəri...
-
Hadisə18:00Yaşlı qadını aldadan su idarəsinin "əməkdaşı" həbs olundu
-
Region17:33İranda güclü partlayışlar oldu, ölənlər var
-
Magazin117:23Məşhur müğənni dələduzluqla üzləşdi
-
Magazin216:55Narkotik əməliyyatında Enes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca da saxlanıldı

























.jpg)






